featured-image-5758

“Azərbaycanın hazırda dəyişən dünyada regional yeniliklər baxımından Avropa üçün strateji dəyəri daha da artır”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu Latviya parlamentinin üzvü, bu ölkənin keçmiş ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Roman Naudinş deyib.

“Düşünürəm ki, bu gün Avropanın enerji təchizatından tutmuş digər strateji hədəflərinə qədər sabit tərəfdaşları siyahısında Azərbaycan da var. Prezident İlham Əliyevin bu yaxınlarda Avropaya etdiyi növbəti səfərinin gündəliyində olan mövzular məhz bunun təzahürüdür. Avropa təhlükəsizliyinə təhdid kontekstində baş verən hadisələr fonunda etibarlı enerji tərəfdaşları siyahısına yenidən baxılır ki, bu da regionun çox həssas tarixi mərhələdən keçdiyindən xəbər verir”, – o bildirib.

Bənzər xəbərlər