featured-image-6001

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.

Məlumata görə, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir.

Xatırladaq ki, Ermənistana missiya göndərmək təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Sentyabrın 13-də KTMT Şurası videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında təşkilatın missiyasını Ermənistana göndərmək barədə qərar qəbul edib. Səfərdə məqsəd Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı vəziyyəti qiymətləndirməkdir.

Yeri gəlmişkən, missiyanın tərkibinə daxil olan KTMT-nin baş katibi Stanislav Zas Ermənistan-Azərbaycan sərhədinə gələn həftə gələcək. Səfərin yekunlarına əsasən KTMT missiyası təşkilata üzv ölkələrin dövlət başçılarının rəhbərlərinə hesabat təqdim edəcək.

 

Mənbə: “Sputnik” Ermənistan

Bənzər xəbərlər