featured-image-4824

Kosovonun şimalında yerləşən, serblərin çoxluq təşkil etdiyi Zubin Potok bələdiyyəsində Sərhəd Nəzarəti Polis İdarəsinin polis əməkdaşlarına silahlı hücum olub.

Boyuksherg xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kosovo Polisi açıqlama yayıb.

Bildirilib ki, polislər Qazivoda bənd gölündə patrul gəmisində olarkən silahlı hücuma məruz qalıblar.

Hücum zamanı xəsarət alanın olmadığı bildirilən açıqlamada “10-a yaxın atəş açılıb” qeyd edilib.

Sərhəd Polisi Çevik Müdaxilə Bölməsi qruplarının hadisə yerinə gələrək araşdırmalara başladığı vurğulanıb.

Bənzər xəbərlər