featured-image-4612

Korrupsiyada ittiham edilərək həbs olunan “Azərbaycan Standartlaşdırma İnstitutu”nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini Rafiq Əzizovun məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən R.Əzizova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə prosesində bildirilib ki, hökm elan edilərkən R.Əzizovun həbsdə saxlanıldığı 9 ay 20 gün müddət nəzərə alınıb.

Mənbə: Qafqazinfo.az

Bənzər xəbərlər