featured-image-8462

“Bütün olanlara, ötən həftələrdə üzləşdiyimiz çətinliklərə baxmayaraq, qarşıya baxdıqda deyə bilərəm ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda – Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına töhfə vermək istiqamətində yaxşı mövqedədir”.

“Boyuksherg” APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, Aİ Bakı və İrəvanla müxtəlif səviyyələrdə təmasdadır.

Xüsusi nümayəndə vurğulayıb ki, Avropa Parlamentinin və üzv ölkələrin sülh prosesində Aİ-nin səylərinə tam dəstəyi çox vacibdir.

“Regionda vəziyyət çox təhlükəli olaraq qalır, vəziyyət qeyri-stabildir. Ötən otuz ildən bəri qalmış qəzəb hissi var. Ancaq biz bu iki ölkənin qonşuları olaraq onlara kömək etməliyik. Kömək etməliyik ki, bunun öhdəsindən gəlsinlər. Çünki bu, çiçəklənən, sülhün olduğu Cənubi Qafqaz üçün vacibdir”, – Klaar əlavə edib.

O qeyd edib ki, ədalətli sülhün əldə olunması istiqamətində görüləcək işlər çoxdur.

Bənzər xəbərlər