featured-image-8360

Şimali Koreya lideri Kim Çen In düşmən adlandırdığı ABŞ və Koreya Respublikası ilə danışıqlar aparmaq niyyətində olmadığını bildirib.

O qeyd edib ki, ABŞ və “Cənubi Koreya rejimi”nin “gərginliyi artırmaq üçün davamlı, düşünülmüş və məsuliyyətsiz addımları” Pxenyanın daha sərt reaksiyasına səbəb olacaq.

Kim Çen In bildirib ki, ilk növbədə, Şimali Koreya regional vəziyyətin gərginləşməsinə cavab olaraq rəqiblərinə aydın siqnal göndərməlidir.

O əminliklə deyib ki, ölkəsinin nüvə qüvvələri cavab tədbirləri üçün tam hazırdır və missiyalarının Şimali Koreyanın ləyaqətini, suverenliyini və mövcud olmaq hüququnu qorumaq olduğunu anlayırlar.

Mənbə: TASS

Bənzər xəbərlər