featured-image-8765

“Çelsi”nin baş məşqçisi Qrem Potter London klubunun və Fransa yığmasının yarımmüdafiəçisi N’Qolo Kantenin zədəsindən danışıb.

“Kantenin səhhəti ilə məşğul olmalıyıq, onun daimi zədələnməsi bizi narahat edir. Reabilitasiyanın son mərhələsində həmişə nə isə olur. İndi düzgün diaqnoz qoymaq, düzgün məsləhət vermək və sonra onun formaya düşməsinə yardımçı olmaq lazımdır”, – deyə o, bəyan edib.

Qeyd edək ki, ötən həftə təkrar əzələ zədəsindən sonra Kantenin daha bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Beləliklə də, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatını buraxmaq riski ilə üzləşib.

Mənbə: championat.com

Bənzər xəbərlər