featured-image-10332

“Rusiya hərbçiləri başa düşürlər ki, Ukrayna əsgərləri Dnepr üzərinə hücumu gücləndirə və Xerson vilayətinin şərq hissəsində əks-hücum əməliyyatına başlaya bilərlər. Bu isə onların Krıma qədər olan bütün kritik əhəmiyyətli yerüstü kommunikasiyalarını təhlükə altında qoyacaq”.

Bu barədə Müharibə Araşdırmaları İnstitutundan (ISW) bildirilib.

İnstitutun məlumatına görə, rusiyalılar müdafiə mövqeləri qurublar. Bu da Dnepr çayının sol sahilində müdafiəyə hazırlığın gücləndirilməsindən xəbər verir.

Analitiklərin sözlərinə görə, Rusiyanın müdafiə mövqeləri onu deməyə əsas verir ki, Rusiya hərbi rəhbərliyi Ukraynanın Dneprdən keçən əks-hücum əməliyyatı perspektivinə ciddi təhlükə kimi baxır. Peyk Kinburnu və onun ətrafında rusiyalı hərbçilərin istehkamlarını qeydə alıb. Bu da o deməkdir ki, onlar əks-hücum halında Kinburnda öz mövqelərini qoruyub-saxlaya biləcəklərinə əmin deyillər.

“Çox güman ki, rusiyalılar Ukrayna Silahlı Qüvvələrinin Kinburnu işğal edəcəyini gözləyirlər, lakin onların Xerson vilayətinin materik hissəsinə doğru irəliləməsinin qarşısını almaq istəyirlər”, – deyə ISW qeyd edib.

 

Mənbə: UNİAN

Bənzər xəbərlər