featured-image-5113

İsveç hökuməti Türkiyə və Finlandiyanı üç dövlət arasında sazişə əməl olunmasına nəzarət etmək üçün birgə mexanizmin yaradılması üzrə yüksək səviyyəli görüşə dəvət edib.

Bu barədə “Aftonbladet” qəzeti xəbər verib.

Görüş gələn həftə, avqustun 26-da baş tutmalıdır.

“Bu, həyata keçəcəyinə ümid etdiyimiz sazişlə bağlı ilk görüşdür”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin informasiya departamentinin direktor müavini Beliz Celasin-Rende bildirib.

Qəzet hələlik Türkiyə nümayəndə heyətinin mümkün tərkibini açıqlamayıb, lakin nəşrin məlumatına görə, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önala və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalına dəvət göndərilib.

Mənbə: TASS

Bənzər xəbərlər