featured-image-10767

İsveç PKK terror təşkilatına üzv olan şəxsi Türkiyəyə ekstradisiya edib.

Bununla da İsveç Türkiyə ilə imzalanmış, terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyasını nəzərdə tutan NATO-ya üzvlük memorandumunun həyata keçirilməsi istiqamətində konkret addım atıb.

Məlumata görə, Türkiyədə 6 il 10 ay həbs cəzası verilən Mahmut Tat 2015-ci ildə İsveçdən sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl o, İsveç polisi tərəfindən saxlanılıb. Cümə günü axşam saatlarında Tat İstanbula aparılıb, oradan da hökmün icrası ilə bağlı prosedurların aparılması üçün istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, İsveç tərəfindən terror fəaliyyətinə görə məhkum edilmiş şəxsin Türkiyəyə ekstradisiyası Buxarestdə NATO ölkələrinin xarici işlər idarələrinin rəhbərləri və iki ölkənin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra baş tutub. Görüşün yekununda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın İsveçin alyansa qoşulmağa daha qətiyyətli münasibətini və NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üçün konkret addımlar gözlədiyini bəyan etmişdi.

Mənbə: TASS

Bənzər xəbərlər