featured-image-9557

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca şənbə günü İstanbulun İstiqlal küçəsində noyabrın 13-də törədilən terror aktından sonra 71 nəfərin xəstəxanalardan buraxıldığını, 10 nəfərin isə müalicəsinin davam etdiyini bildirib.

“İstiklal küçəsində baş verən partlayışda xəsarət alan 81 nəfərdən bu günə qədər 71 nəfər müalicə olunduqdan sonra xəstəxanalardan evə buraxılıb. 8 nəfərin müalicəsi terapiya palatalarında davam edir. İki xəstə isə reanimasiyadadır”, – nazir “Twitter”də yazıb.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Bənzər xəbərlər