featured-image-9356

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub.

“Boyuksherg” xəbər verir ki, XIII tura təsadüf edən oyunda “Beşiktaş” “Qalatasaray”ın qonağı olub.

NEF stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə “sarı-qırmızılılar”dan Mauro İkardi açıb. 28-ci dəqiqədə “qara qartallar”ın hücumçusu Cenk Tosun tarazlığı bərpa edib. Matçda son nöqtəni də İkardi qoyub. 59-cu dəqiqədə fərqlənən argentinalı forvard komandasına vacib qələbə qazandırıb.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Qalatasaray” 2-ci pilləyə yüksəlib. 22 xalı olan “Beşiktaş” 5-cidir.

Turnir cədvəlinə 26 xalla “Fənərbağça” başçılıq edir.

Bənzər xəbərlər