featured-image-10732

İspaniya milli polisi Ukraynanın Madriddəki səfirliyinin binasını mühasirəyə alıb. Bu, ötən gün partlayışın baş verdiyi səfirlik binasıdır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat verib.

Polis səfirliyin ətrafını mühasirəyə alıb və insanlardan ərazini tərk etmələrini xahiş edib. Səfir və diplomatik nümayəndəliyin əməkdaşları isə bu vaxt binanın daxilində olublar.

Nazirlikdən verilən məlumata görə, səfirlik daha əvvəl buradakı və digər ölkələrdəki nümayəndəliklərə göndərilən bağlamaya bənzər bağlama alıb.

Ukrayna Xarici İşlər Nazirliyi bir müddət əvvəl xarici hökumətlərə ölkənin diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin gücləndirilməsi xahişi ilə müraciət edib.

Xatırladaq ki, Ukraynanın Madriddəki səfirliyində baş verən partlayış nəticəsində bir əməkdaş yüngül xəsarət alıb. Eyni zamanda bu ölkənin Macarıstan, Hollandiya, Polşa, Xorvatiya və İtaliyadakı diplomatik nümayəndəliklərində, eləcə də Neapol və Krakovdakı baş konsulluqlarına və Brnodakı konsulluğuna içində heyvan gözləri olan qanlı paketlər göndərilib.

Mənbə: “Reuters”

Bənzər xəbərlər