İspaniya Baş nazirindən çağırış: “Niyə vaksinlərlə etdiyimiz kimi, qaz alışını mərkəzləşdirmirik?”
İspaniyanın Baş naziri Pedro Sançes BMT-də “ciddi islahatlara” çağırıb.
O, Avropanın enerji sistemini “işləməyən bazar” adlandırıb.
Siyasətçi vurğulayıb ki, Ukraynadakı müharibə “BMT sistemində ciddi islahatlara ehtiyac duyulduğuna əsas sübutdur”.
Sançes Nyu-Yorkda keçiriləcək BMT-nin Ərzaq Təhlükəsizliyi Sammitində fəal iştirak etməyi planlaşdırır. O, görüşə toplaşan liderləri “ərzaq böhranına çoxşaxəli cavab verməyə” çağıracağını qeyd edib.
Avropada enerji məsələlərindən danışan siyasətçi Aİ-nin keçmiş böhranlardan dərs aldığını diqqətə çatdırıb. Onun fikrincə, yeni siyasətə ehtiyac var, çünki Avropanın enerji sistemi hazırda “işləməyən bazardır”.
“Pandemiya modelindən öyrənərək, niyə vaksinlərlə etdiyimiz kimi, qaz alışını mərkəzləşdirmirik?”, – deyə İspaniya Baş naziri əlavə edib.
Mənbə: Gazeta.ru