featured-image-4985

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6 nəfərə çatıb. Ermənistan mediası bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyana istinadən məlumat yayıb.

“Xilasedicilər 10 yaralı, 6 ölü və 21 avtomobili dağıntılar altından çıxarıblar”,-deyə H.Kostanyan qeyd edib. O, yanğının söndürülməsi işlərinə 350 xilasedicinin cəlb edildiyini bildirib.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 357-ci maddəsinin 2-ci bəndi (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), habelə 358-ci maddəsinin 2-ci hissəsi (saxlama qaydalarını pozma, ehtiyatsızlıqdan insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan yanar və ya yanar materialların daşınması, çatdırılması və ya istifadəsi) ilə cinayət işi başlanıb.

 

Boyuksherg.az

Bənzər xəbərlər