featured-image-5035

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, partlayışın baş verdiyi “Surmalu” ticarət mərkəzinin ərazisində baş vermiş yanğın avqustun 16-da saat 17:49-da söndürülüb.

“Saat 18:00-a olan məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir. Yanğınsöndürmə və xilasetmə əməliyyatlarının aparıldığı ərazi 1 hektara yaxındır”, – məlumatda deyilir.

Qeyd edək ki, yanğın avqustun 14-də baş verib.

Hazırda hadisə nəticəsində 17 nəfərin öldüyü məlum olub, daha 3 nəfərin axtarışları davam edir.

Mənbə: Sputnik Armenia

Bənzər xəbərlər