featured-image-10557

Həlledici matçda ABŞ-yə uduzaraq futbol üzrə dünya çempionatını tərk edən İran millisi ötən gecə Tehrana qayıdıb.

Hava limanında jurnalistlərin suallarını cavablandıran İranın türkmən əsilli hücumçusu Sərdar Azmun baş məşqçi Karluş Keyruşun istefasına münasibət bildirib.

“Bayer-04”ün futbolçusu bildirib ki, portuqaliyalı məşqçinin istefasına hörmətlə yanaşır və milliyə kimin təyin edilməsindən asılı olmayaraq əllərindən gələn hər şeyin ən yaxşısını etməyə çalışacaqlar.

Sərdar Azmun ABŞ ilə prinsipial oyuna dair fikirlərini də bölüşüb: “Qrupdan çıxmağa yaxın olsaq da, etiraf etməliyəm ki, amerikalılar meydanda daha yaxşı idilər. Qələbəyə onlar layiq idilər”.

Mənbə: “Tasnim”

Bənzər xəbərlər