featured-image-4992

“İran Air” avişirkətinə məxsus təyyarə Təbriz hava limanına uğursuz eniş cəhdinin ardından növbəti eniş zamanı tavanının bir hissəsi çöküb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Sözügedən aviaşirkətin nümayəndəsi məsələ ilə bağlı açıqlama verərkən iddia edib ki, hadisənin yaşanmasına güclü külək və təyyarənin silkələnməsi səbəb olub.

Xatırladaq ki, sosial mediada İranda tez-tez döyüş və sərnişin təyyarələrinin

 

təkərlərinin partlaması, mühərrikdə digər problemlərin yaranması kimi bir sıra texniki nasazlıq yaşanmasına dair video və xəbərlər yayılır.

Bənzər xəbərlər