featured-image-5818

Fikrət Fərəməzoğlu: “Böyük ehtimalla mühafizəkarlar öz mövqelərini qoruyub saxlayacaq və onların namizədi yarışı qazanacaq!”

 

İranın Ali Dini Rəhbəri Seyid Əli Xameneinin öldüyü haqqında xəbərlər yayılıb. Bu xəbərin yayılması ilə bərabər, onun yerinə gələcək şəxsin kim olacağı da geniş müzakirə mövzusudu. Bir neçə adamın adı çəkilsə də, əksəriyyətin fikri odur ki, Xameneini əvəz edə biləcək iki real namizəd var – hazırkı prezident İbrahim Rəisi və Xameneinin oğlu Müctəba Xamenei.                                                

İranla bağlı zaman-zaman maraqlı fikirlər irəli sürən, təhlillər aparan tanınmış jurnalist Fikrət Fərəməzoğlunun fikrincə, ali dini lider postuna böyük ehtimalla Rəisi gələcək. “Bunu hamıdan çox Xamineinin özü istəyirdi. Oğlu Müctəbanı isə daha çox mərceyi-təqlidlərin bir qismi, müəyyən qədər də iqtidarın islahatçı qanad təmsilçiləri dəstəkləyirlər” – Fikrət bəy qeyd edib.

Fikrət bəyin fikrincə, Rəisi xaraktercə sərt adam olduğuna görə, onun prezident postuna yüksəlməsi üçün Xamineyi heç də az zəhmət çəkməyib: “Çünki Xameneyi özündən sonra İranda dini dayaqların və rejimin qorunması üçün sərt adama ehtiyac olduğunu düşünür. Bunun üçün ən optimal variant Rəisi hesab olunurdu”.

Fikrət Fərəməzoğlu onu da əlavə edir ki, Rəisini SEPAH da dəstəkləyir, ona görə ki, hazırkı prezident onlar üçün yeni yaşıl işıqlar yandıracaq və hakimiyyətin əsas qolu olmasını bir qədər də möhkəmləndirəcək. Müsahibimiz fikrinə belə davam edir: “Müctəba Hüseyni (Xameneyinin oğlu) isə mülayim adamdır. İslahatlara meyilli biri hesab olunur. Atasında olan sərtlik və qərarlılıq onda yoxdur. Onun ali dini lider olması islahatçıların işinə yarayır. Ona görə ki, bu dəyişiklik mühafizəkarların zəifləməsinə, hətta siyasi mövqelərinin əhəmiyyətli hissəsini itirmələrinə gətirib çıxaracaq. Məsələn, SEPAH kimi güclü bir strukturun biznesdən çəkindirilməsi, yalnız hərbi işlə məşğul olması, siyasi proseslərə qarışmasının əngəllənməsi kimi…”

Fikrət bəy son olaraq onu qeyd edir ki, mümkündür ki, sürpriz namizəd də ortaya çıxsın, lakin hələlik həmin namizədin nə adı, nə də özü var ortada. Fikrət bəy bu ehtimalın iki halda mümkün ola biləcəyini düşünür: birincisi, Xameneyidən sonra SEPAH-ın özünün konkret namizədi olsun; ikincisi, ali dini rəhbəri seçən məclis (müctəhidlərdən ibarət 85 nəfərlik heyət) özü namizəd irəli sürsün. Fikrət bəy birinci ehtimalı inandırıcı hesab etsə də – çünki SEPAH daha çox səlahiyyət tələb edir, ikinci versiyanın reallaşma ehtimalının az olduğu düşüncəsindədir: “Çünki məclisin özü daha çox gücün dedikləri ilə hesablaşır. Və onların bir çoxunun həmin məclisdə təmsil olunmasında SEPAH və Xameneyinin böyük rolu olub”.

Elçibəy Türkelli

Bənzər xəbərlər