featured-image-6262

İranda polisin hicabdan imtina etdiyinə görə saxladığı 22 yaşlı Məhsa Əmini ölüb.

Onun dəfnindən sonra insanlar etiraz sədaları ilə ayağa qalxıblar. Gənc qızın ölüm səbəbinin infarkt olduğu bildirilsə də, insanlar onun polis mikroavtobusunda döyüldükdən sonra həyatını itirdiyinə əmindirlər.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, qızın səhhətində heç bir problem olmayıb.

“Al Jazeera” telekanalının məlumatına görə, etirazlar Əmininin doğulduğu Sakkız şəhərində və İranın qərbindəki digər şəhərlərdə olub. İnzibati binaların qarşısına toplaşan etirazçılar həqiqətin araşdırılmasını tələb ediblər. İranlı qadınlar mərhumla həmrəylik əlaməti olaraq hicablarını çıxararaq, atıblar. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

IRNA məlumat verir ki, İran Prezidenti İbrahim Rəisi ölkənin daxili işlər nazirinə Əmininin ölüm faktının araşdırılması barədə göstəriş verib.

Bənzər xəbərlər