featured-image-8419

İran bazar ertəsi Türkiyəyə təbii qaz tədarükünü bərpa edib.

Bunu İranın Milli Qaz Şirkətinin nümayəndəsi Məhəmməd Rza Colayi deyib.

“İkitərəfli razılaşmaya uyğun olaraq profilaktik təmir işləri aparmaq üçün ötən bazar ertəsindən (3 oktyabr) etibarən İrandan Türkiyəyə qaz ixracı dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra cari həftənin bazar ertəsi (10 oktyabr) qazın verilişi bərpa edilib”, – deyə şirkət rəsmisi bildirib.

Qeyd edək ki, Türkiyə qazı Rusiya, İran və Azərbaycandan alır. İran Türkiyəyə Tengiz-Ankara qaz kəməri ilə hər il orta hesabla 10 milyard kubmetr qaz verir. Son məlumatlara görə, 2021-ci ildə İran qazının Türkiyənin enerji balansında payı 16%-ə yaxın olub.

Mənbə: TASS

Bənzər xəbərlər