featured-image-5435

İranın Rusiyanın “Mir” ödəniş sisteminə qoşulması yaxın günlərdə baş verə bilər.

“Boyuksherg” Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.

““Mir” sistemi proqram təminatı baxımından uyğunlaşdırılmalıdır. Düşünürəm ki, bu sistem yaxın günlərdə istifadəyə veriləcək”, – Səfəri bildirib.

Qeyd edək ki, Rusiyanın “Mir” ödəniş sisteminin kartları hazırda Türkiyə, Vyetnam, Ermənistan, Cənubi Koreya, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyada istifadə olunur. Bəzi məlumatlara görə, Azərbaycan da yaxın vaxtlarda bu sistemə keçəcək. Bu barədə banklara təlimatlar verildiyi də gələn xəbərlər arasındadı.

 

Boyuksherg.az

Bənzər xəbərlər