featured-image-10165

İran millisinin və Almaniyanın “Bayer” klubunun futbolçusu Sərdar Azmun maraqlı açıqlamaları ilə yadda qalıb.

O, türkcə danışaraq Uels seçməsi üzərindəki qələbədən sonra futbolçulardan müsahibə almaq üçün yaxınlaşan TRT müxbirini təəccübləndirib.

Azmun əslən türkmən olduğunu xatırladaraq türkləri çox sevdiyini deyib.

“Türkləri çox sevirəm. Türklər mənim canımdır. Yaşasın türklər!”, – deyə futbolçu bildirib.

O, “Fənərbağça”nı da çox sevdiyini, vaxtilə klubdan təklif aldığını deyib. Azmun “Fənər”ə qol vurduğu üçün üzr istəyərək komandada oynamaq arzusunu dilə gətirib.

Bənzər xəbərlər