featured-image-12899

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

“Boyuksherg” xəbər verir ki, mərkəzi matçda “Liverpul” və “Mançester Yunayted” birincilərin meydanında üz-üzə gəlib. “Enfild”də keçirilən qarşılaşma “Liverpul”un qələbəsi ilə başa çatıb – 7:0.

“Qırmızılar”In heyətində Kodi Qakpo, Darvin Nunyes və Məhəmməd Salah dubl edibsə, son qolu Roberto Firmino vurub.

Xalını 42-yə çatdıran “Liverpul” 5-ci pilləyə yüksəlib. “Mançester Yunayted” 49 xalla 3-cüdür.

Bənzər xəbərlər