featured-image-5070

Bir insanı özəl həyatı ilə şantaj etmək metoduyla sıradan çıxarmaq kimi siyasi texnologiyanı həyatımıza gətirən adam AXCP sədri Əli Kərimlidi. O, bu üsuldan ilk dəfə 1995-ci il parlament seçkiləri öncəsi istifadə edib.

Gəncə qiyamından sonra Kələkiyə gedən Elçibəy cəbhədə yaranan qarışıqlığı ortadan qaldırmaq, cəbhəçiləri yenidən mobil qüvvə kimi birləşdirmək üçün İbrahim İbrahimlini Müsavatdan AXC-yə transfer etdi.

İbrahim bəy həmin dövrdə olduqca böyük nüfuz sahibi idi. Belə ki, Elçibəyin Bakını tərk etməsindən sonra parlamentdə müxalifətin əsas silahı İbrahim İbrahimli ilə Mirmahmud Fəttayev idi. İbrahim bəy çətin günlərini yaşayan təşkilatı qısa müddətdə yenidən siyasi arenada ön sıralara çıxara bildi. AXC YAP iqtidarının önündə duran ən güclü müxalifət təşkilatıydı.

Bakıya yenicə qayıdan Əli Kərimli bir mitinq vaxtı qısa müddətliyinə həbs olundu və “hazırlandı”, “siyasi cəhətdən təkmilləşdirildi” və AXC-nin başına keçmək üçün dövriyyəyə buraxıldı…

O vaxt indiki nanotexnologiya məhsulları yoxuydu. Hər şey indi bizə primitiv görünən audioyazılarla həyata keçirilirdi. Ancaq bunun özü belə, o dövr üçün texnoloji inqilab sayılırdı. Əli Kərimli bu üsuldan istifadə edərək İbrahim bəyi yolundan kənarlaşdırdı.

İbrahim İbrahimlinin ən zəif tərəfi qadınlara qarşı “dözümsüz”lüyü idi. Əli də onu məhz bu açıq tərəfindən vurdu…
“Matros Faiq” adlı biri varıydı, əvvəlcə İbrahim bəyin, sonra da Əli Kərimlinin köməkçisi olmuşdu. İbrahim bəy Faiqə o qədər inanırdı ki, sevgi macəralarını belə, ondan gizlətmirdi. Matros da bundan istifadə edərək onun sevişdiyi anların səsini yazmışdı.

Əli Kərimli iyrənc yolla əldə etdiyi bu faktdan istifadə edərək, rəqibi yolundan kənarlaşdırdı və Elçibəyin birinci müavini təyin olunaraq, seçkilərdə proporsional siyahıdan AXCP-nin 1-ci namizədi oldu və parlamentə düşdü.

Bu bəhs etdiyim hadisə Azərbaycan siyasətində ilk şantaj əməlidi. Bu fakt İsa Qəmbər, Mirmahmud Mirəlioğlu kimi o dövrün aparıcı müxalifət funksionerlərinə də bəllidi, hamısı bu hadisəni bilir. Bircə nəfər, tək bircə nəfər tanınmış müxalif sima çıxıb bu yazdıqlarımı təkzib etsin, Əlidən üzr istəyib, siyasətdən birdəfəlik getməsəm namərdəm!

P.S. bu günlərdə rəhmətlik İbrahim bəyin doğumunun 70 illiyi idi. Əli Kərimlinin onun barəsində yazdıqlarını oxuyanda təbrik yazanın yerinə mən utandım. İnsan nə qədər abırsız və həyasız olarmış, Tanrım!

 

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər