featured-image-5423

Qırmızı bülletenlə axtarışda olan “Thodex”in qurucusu, türkiyəli Faruk Fatih Özer Albaniyanın Vlora şəhərində ələ keçirilib.

Bu barədə Albaniya polisi açıqlama verib. Özerin Türkiyəyə ekstradisiyasına başlanılıb.

Fatih Özer minlərlə insandan topladığı iki milyard dollarla Albaniyaya qaçıb.

“Albaniya Respublikasının daxili işlər naziri Bledar Çuçi bu gün səhər saatlarında Türkiyə daxili işlər naziri Süleyman Soyluya qırmızı bülletenlə axtarılan “Thodex”in qurucusu, qaçaq Faruk Fatih Özerin Albaniyanın Vlora şəhərində saxlanıldığını bildirdi. Eyni zamanda onun şəxsiyyətinin biometrik nəticələrlə təsdiqləndiyi barədə məlumat verdi.

Təhlükəsizlik Baş İdarəsinin İnterpol Şöbəsi tərəfindən Fatih Özerin Türkiyəyə ekstradisiyasına dair prosedurlara başlanılıb”, – deyə Albaniya Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Mənbə: Haber Global

Bənzər xəbərlər