featured-image-5762

Böyük Britaniya Kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb. Həkimlər onun vəziyyətindən narahatdırlar.

Bu barədə Bukingem sarayı rəsmi açıqlama yayıb.

Bildirilir ki, kraliça bir müddət xüsusi həkim nəzarətində olacaq.

BBC-nin öz mənbələrinə istinadla məlumatına görə, taxtın varisi şahzadə Çarlz və şahzadə Uilyam hazırda Şotlandiyaya – kraliçanın yanına yollanıblar.

Həmçinin şahzadə Anna, şahzadə Endryu və şahzadə Edvardın da Balmorala getdikləri bildirilir.

Xatırladaq ki, kraliçanın səhhətində uzun müddətdir ki, problemlər yaranıb. Bu səbəbdən hətta Britaniya tarixində ilk dəfə olaraq o, hökumət başçısını Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin etdi.

 

Bənzər xəbərlər