featured-image-5063

“Biz bu tədbiri təşkil etməklə sanki özümüzü İndoneziyada hiss edirik. Müstəqillik Günü İndoneziyada böyük şəhərlərdən kiçik kəndlərə qədər qeyd olunur”.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid söyləyib.

Səfir bildirib ki, Müstəqillik Günü bütün indoneziyalılar üçün xalqın müxtəlifliyini, birliyini və tolerantlığını qoruyub saxlamağın zəruriliyi barədə xatırlatma kimi qəbul edilməlidir.

Bu il, həmçinin İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi qeyd olunur: “İki ölkə arasında diplomatik münasibətlər qurulandan bəri əlaqələrimiz qarşılıqlı hörmət, etimad və dostluğa əsaslanaraq xalqlarımızın mənafelərinə uyğun inkişaf edib. Ölkələrimiz arasında təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq mövcuddur. Bütün beynəlxalq təşkilatlarda iki dövlət olaraq bir-birimizi dəstəkləyirik”, – deyə səfir vurğulayıb.

Bənzər xəbərlər