featured-image-10326

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.

Bu barədə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əks olunub. Sikkələrin hazırlanması 2023-cü il fevral-may ayını əhatə edəcək.

Həmçinin Tədbirlər Planına əsasən Azərbaycanda “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək. Yubiley medalının təsis edilməsi 2023-cü ilin yanvar-may ayı üçün nəzərdə tutulub.

2023-cü ildə eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları buraxılacaq. Tədbirlər Planında poçt markaları və xatirə nişanlarının gələn ilin mart-may aylarında dövriyyəyə buraxılması nəzərdə tutulub.

Bənzər xəbərlər