featured-image-8168

Bu gün və sabah Avropanın aparıcı futbol çempionatlarında bir sıra maraqlı qarşılaşmalar baş tutacaq.

“Boyuksherg” xəbər verir ki, İspaniya La Liqasında əzəli və əbədi rəqibi olan “Barselona”dan top fərqinə görə geridə olan Madrid “Real”ı bu gün “Xetafe”nin qonağı olacaq. Matç Bakı vaxtı ilə 23:00-da başlayacaq.

9 oktyabr tarixində isə son zamanlar stabil oyunu ilə seçilən “Barselona” öz evində “Selta Viqo”nu qəbul edəcək. Saat 23:00-da baş tutacaq qarşılaşmanı Xose Manuera idarə edəcək.

İngiltərə Premyer Liqası 

8 oktyabr

18:00. “Çelsi” – “Vulverhempton”

18:00.  “Mançester Siti” – “Southempton”

9 oktyabr

19:30. “Arsenal” – “Liverpul”

22:00. “Everton” – “Mançester Yunayted”

İtaliya A Seriyası

8 oktyabr

20:00. “Milan” – “Yuventus”

Almaniya Bundesliqası

8 oktyabr

20:30. “Borussiya Dortmund” – “Bayern”

Fransa Liqa 1-i

8 oktyabr

23:00. PSJ – “Reyms”

Bənzər xəbərlər