“Harri Potter”in aktyoru vəfat etdi
Britaniyalı aktyor Robbi Koltreyn 72 yaşında vəfat edib.
Bu barədə cümə günü onun nümayəndəsi məlumat verib.
Koltreyn daha çox “Harri Potter” filmlərində Rubeus Haqrid rolu ilə tanınır.
Aktyorun son illərdə osteoartritdən əziyyət çəkdiyi, bu səbəbdən əlil arabasında və ya əsa ilə hərəkət etməyə məcbur qaldığı, qapalı həyat sürdüyü bildirilir.