featured-image-5179

“İdmançılarımız olimpiadaya yaxşı hazırlaşırlar və inanıram ki, yaxşı nəticələr göstərəcəklər”.

“Boyuksherg” “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarının qalibi olan sərbəst güləşçi Hacı Əliyev Prezident İlham Əliyevlə görüş zamanı deyib.

65 kq çəki dərəcəsində çıxış edən titullu pəhləvan dövlət başçısının diqqət və qayğısı nəticəsində hər zaman uğurlar əldə etməyə çalışdıqlarını bildirib:

“Böyük yarışlardan gəldikdən sonra idmançıları qəbul etməyiniz, nəticələrimizlə yaxından maraqlanmağınız bizi sevindirir. Bu, bizə böyük stimul verir. Ən böyük hədəfimiz 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır”.

Əliyev güləşçilərin İslamiadada güclərini bir daha sübut etdiklərini söyləyib:

“Beş il əvvəl Bakıda keçirilən yarışda qazandığımız nəticəni təkrarladıq və biz 23 medal əldə etdik. Bunlardan 8-i qızıl, 8-i gümüş və 7-si bürünc medal idi. Ümumilikdə sərbəst güləşçilərimiz ikinci, yunan-Roma və qadınlardan ibarət yığma komandalarımız isə birinci oldular”.

Bənzər xəbərlər