featured-image-5793

Türkiyənin Haber Global telekanalı Zəngəzur dəhlizinin qurulması üzrə aparılan işləri işıqlandırıb.

Telekanalın süjetində bildirilir ki, dəhlizin Azərbaycan ərazisindəki hissəsində tikinti işləri davam edir və artıq Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb.

Videomaterialda qeyd olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında Türkiyə şirkətləri tərəfindən aparılan tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Bənzər xəbərlər