featured-image-4648

Gürcüstanın Qudauri bölgəsində xilasedici helikopter qəzaya uğrayıb.

Boyuksherg” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qəza Qudauridə qəzaya uğramış paraplançıların xilasetmə əməliyyatı zamanı baş verib.

DİN-in sərhəd polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.

Qeyd olunub ki, helikopterdə ekipaj üzvləri ilə yanaşı Fövqəladə Hallar Xidmətinin xilasediciləri və həkimləri də olub.

Hadisə ilə bağlı bütün təfərrüatlar DİN tərəfindən dəqiqləşdirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.

Bənzər xəbərlər