featured-image-9342

“Bu gün əlamətdar və qürurverici gündür”.

Bu sözləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanın müavini, general-mayor İnqilab Muradov DİN tərəfindən Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasimdə deyib.

O, Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının şərəfli döyüş yolu keçdiyini vurğulayıb:

“Şəxsi heyət Murovdağdan Şuşaya qədər döyüş yolu keçib. Torpaqların azad olunmasında onlardan 66 nəfər şəhidlik zirvəsinə ucalıb, 346 nəfər yaralanıb, dörd nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Minlərlə əməkdaş orden və medallarla təltif olunub. Hərbi qulluqçularımızın döyüş meydanında göstərdikləri qəhrəmanlıqlar göz önündədir. Onlar mənəvi dəyərlərimizə ehtiramla yanaşaraq, vəzifə borclarını şərəflə yerinə yetiriblər. Müharibədə döyüş ruhu olmadan qələbə qazanmaq mümkün deyil”.

Photostock.az tədbirdən görüntüləri lentə alıb:

 

Daha çox şəkil burada: Photostock.az

Bənzər xəbərlər