featured-image-7629

Xalqın milli təfəkkür tərzi vəzifələrə milli qüvvələrin təyin edilməsini zəruri edir

 

Azərbaycan təhsilinin bərbad vəziyyətdə olması, nazir Emin Əmrullayevin yararsız fəaliyyəti barədə hamı danışır. Bəli, naziri də, direktorları da, tərbiyəsiz uşaqları da tənqid edənlər haqlıdırlar. Amma mən məsələyə fərqli istiqamətdən baxmağın tərəfdarıyam. Heç sual etdinizmi ki, son aylar məktəblərdə baş verən iyrənc hadisələr niyə silsilə şəklində və davamlı olaraq ictimailəşdirilir? Hədəf nədir?

 

“FETÖ” Azərbaycanda qırğız modelinə start verib

media-feto-icindeki-kavga-derinlesiyor

Bu sualı bəribaşdan verim: Azərbyacanda “FETÖ” niyə günbəgün güclənir? Türkiyə ilə Azərbaycan arasında münasibətlər ən üstün həddədir, məntiqlə yanaşsaq, “FETÖ” Azərbaycanda nəinki güclənməli, tamamilə məhv olmalı idi.

Bəs, nə baş verir ki, ölkədə son vaxtlar vəzifəyə təyin edilən şəxslərin əksəriyyəti “FETÖ”-çulardır!? Türkiyənin özü bütün bunlara niyə susur? 2016-cı il darbesi həqiqət idisə, o zaman necə olur ki, Azərbaycanda “FETÖ”-çular bütün sahələr üzrə necə geniş imkanlar qazanır, vəzifələrə təyin edilirlər?

Bilməyənlər də bilsin ki, Qırğıstanda hakimiyyətdə rəsmən “FETÖ”-çulardır. Öncə xaos, sonra təşəbbüsü ələ götürmək “FETÖ”çuların şriftli üslubudur. Artıq Azərbaycanda müxtəlif sahələr üzrə qırğız modeli tətbiq olunur.

Azərbaycan təhsilini hədəfə alan “FETÖ”-dur. “FETÖ”-çular Azərbaycan təhsilində məqsədli şəkildə xaos yaradırlar ki, sonda məcbur qalıb bu sahəni tamamilə onlara versinlər. Sual edə bilrəsiniz ki, axı adı “FETÖ” şəbəkəsinin əsas imamlarından biri kimi hallanan Emin Əmrullayev bu sahənin başındadır və əslində nazir kimi hər bir səlahiyyət onun əlindədir. Xeyr, proses daha irimiqyaslı və çoxvektorludur. Hazırda ölkədəki milli məmur heyəti – milli qüvvələr “FETÖ”-nun Azərbaycanda hakimiyyət institutlarını işğal etməsinə müqavimət göstərirlər.

Rəsmən savaş gedir! Məndə olan məlumatlara görə, təhsil sistemindəki qanunsuzluqlarla bağlı səs və videoyazıların ictimailəşdirilməsi də məhz Təhsil Nazirliyindəki müəyyən şəxslər tərəfindən həyata keçirilir. Məqsəd birinci mərhələdə təhsil sistemində idarəolunmaz xaos yaratmaq, ikinci mərhələdə isə bu sahədə qəfil və müsbət sıçrayışlar edərək vahid hökmranlıq əldə etməkdir. Sonda isə belə bir situasiya yaradacaqlar: Baxın, təhsili heç kəs düzəldə bilmir, amma təhsil üzrə “ixtisaslaşan” və bu sahəni ancaq “FETÖ” dediyiniz şəxslər xilas edə bilərlər. Bu mərhələnin zamanı gələndə Emin Əmrullayevin özünü də qurban verəcəklər. Onsuz da o şəbəkədə qurban getmək şərəf sayılır, Fətullah “hoca”nın ideologiyası yolunda hər şeyə hazırdırlar.

“FETÖ” Təhsil İnstitutunu səssiz şəkildə necə işğal edibsə, ümumilikdə bu sahəni də ələ keçirəcəklər.

Emin Əmrullayev nazir təyin ediləndə onun evindən görüntülənən videokadrlardakı səmimiyyətinə hamı inandı. Sadə adamdırsa, buraxın gedib sadəliyini başqa sahədə davam etdirsin, başqa iş görsün. Nazir postu bu adamlıq deyil axı! Təkcə Bakı şəhərində 400-ə yaxın mənzili olan Misir Mərdanovun ən primitiv zərərli iş mexanizmləri Emin Əmrullayevin ən müasir iş üsulundan daha çevik, təsirli və faydalı idi.

Dəfələrlə demişəm, bir daha deyirəm, Azərbaycan xalqının milli təfəkkür tərzi vəzifələrə milli qüvvələrin təyin edilməsini zəruri edir. Hansısa Avropa ölkəsində oxuyub gələn ingilis dilli cocuq bu ölkədə islahat apara və iş görə bilməz. Çünki onlar xalqın ruhundan tamamilə uzaqdırlar və dövlətçilik anlayışları yoxdur. Təcrübə göstərir ki, Avropa ölkələrində təhsil alan gənclər daha çox özəl sektorda uğur qazan bilirlər. Məsələn, İT sahəsində, biznesdə. Uşaqlıqdan yağ-bal içərisində böyüyən və daha sonra böyük pullar hesabına dünyanın məşhur universitetlərində təhsil alan bu adamlara dövlət idarəçiliyi tamamilə yaddır. Bir daha deyirəm, əgər dil bilmək şərtdirsə, orta və ali məktəblərdə 7-8 dil bilən müəllimlər var, onları da yüksək vəzifələrə təyin edin.

Samir Feyruzov

 

 

Bənzər xəbərlər