featured-image-5076

“Məktəbli formaları bəzi məmurların sexində istehsal olunur və üzərinə istədikləri qiyməti yapışdırırlar”

Milli Məclisin ən fəal və problemlərə orijinal yanaşmasıyla fərqlənən azsaylı deputatlarından biri Fazil Mustafa bu dəfə yeni dərsliklər və məktəbli paltarlarına münasibətini ortaya qoyub. Millət vəkilinin sözlərinə görə, həm dərslik nəşri, həm də məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır.

Fazil bəy bildirib ki, yeni dərsliklər və məktəbli paltarı ilə bağlı məsələdə əsas məqsəd vətəndaşdan pul qoparmaqdır: “Vətəndaşlarımızın əksəriyyətinin məktəblə birbaşa əlaqəsi var. Onların da ən yaralı yeri dərsliklər və məktəbli paltarıdır. Heç nəyi gizlətmək lazım deyil, həm dərslik nəşri, həm də məktəbli paltarı ayrı-ayrı imtiyazlı şəxslərin inhisarındadır. Ona görə də hər vasitə ilə min hoqqa çıxarırlar ki, vətəndaşdan pul qoparsınlar!”

Millət vəkili qeyd edib ki, dərslik pulsuz verilsə də, vətəndaşdan tələb olunur ki, üzərində on-on beş yardımçı kitab da alsınlar. Fazil bəyin fikrincə, bu, kimlərinsə pul qazanmasına xidmət edir.

Millət vəkili fikrinə belə davam edib: “Əlavə olaraq, məcburən yalnız yükü olub, məzmunu olmayan bu qədər kitab aldırarlar? Üstəlik də, bu dərslikləri niyə may ayında yığırsınız? Uşaq üç ay nəylə məşğul olacaq, dərslərini necə təkrar edəcək? Onsuz da bəziləri uşağının təhsil alması naminə bunu “boğazından kəsib” ödəyir”.

Fazil Mustafa məktəbli forması ilə bağlı da düşüncələrini dilə gətirib: “Məktəbli formasına gəlincə, bu, başdan-ayağa hoqqabazlıqdır. Formalar bir neçə məmurun sexində istehsal olunur və üzərinə istədikləri qiyməti yapışdırırlar. Hamı məcburən töküluşür inhisarçıdan baha qiymətə forma almağa. Unutmayaq ki, çox uşaq üçün bu formalar bir il işə yarayır. Əsas odur ki, təhsilin keyfiyyətinə diqqət yetirmək lazımdır, formasına deyil”.

media-received_1959738500887729

media-received_591044809338143

 

 

Boyuksherg.az

Bənzər xəbərlər