featured-image-10959

Türkiyə Azərbaycanın Avropaya qaz tədarükü üçün qovşağın yaradılması layihəsində iştirakına ümid edir.

Bunu çərşənbə axşamı Türkiyənin energetika naziri Fatih Dönməz TV 24 telekanalındakı çıxışı zamanı bildirib.

O bəyan edib ki, Qara dəniz yataqlarından Türkiyədəki istehlakçılara qaz tədarükünə 2023-cü ilin martında başlanması planlaşdırılır.

Qeyd edək ki, məlumata görə, Qara dənizdəki qaz yataqlarının ehtiyatları təxminən 540 milyard kubmetrdir.

Bənzər xəbərlər