featured-image-6745

Tanınmış hərbi ekspertdən millət vəkilinə ağır ittihamlar…

 

Tanınmış hərbi ekspert Telman Qasımov öz facebook səhifəsində millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli haqqında sərt ittihamlar səsləndirib. O, millət vəkilini Azərbaycan prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə qarşı çıxmaqda və Ramiz Mehdiyevin sadiq nökəri olmaqda günahlandırıb. Telman bəy millət vəkilini Qərbi azərbaycanlıların yaratdığı Qaçqınlar Cəmiyyətinin ofisini sataraq, pulunu mənimsədiyini də iddia edir. Mövzunun aktuallığını nəzərə alıb, Telman qasımovun statusunu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.

***

media-Telman Qasımov

“Dünən AzTV-də “Əsas məsələ” verilişində hərbi-siyasi ekspert kimi iştirak etdim. Eyni zamanda, ölkənin görkəmli tarixçiləri – Anar İsgəndərov (deputat), Nəsiman Yaqublu və Şikar Qasımov verilişin iştirakçıları idilər. Verilişdə dövlətimiz üçün çox mühüm olan məsələləri müzakirə etdik.

Ancaq verilişdən dərhal sonra özünü “Qərbi azərbaycanlıların lideri” elan etmiş Əziz Ələkbərli öz facebook hesabında status yazaraq AzTV-də yayılmanan həmin verilişi səviyyəsiz adlandırdı. Şübhəsiz ki, ictimaiyyət bu adamın təhqiredici statusuna sərt reaksiyalar göstərdi.

Dövlət televiziyasında milli məsələyə həsr olunan verilişə qarşı nifrət püskürən Ə.Ələkbərlinin bunu hansı məqsədlə etdiyi məndə təəccüb doğurmur. Çünki onu illərdir və iliyinə qədər tanıyıram.

Ə.Ələkbərli deputat seçilməmişdən bir il qabaq “Park Inn” oteldə QHT-lərin keçirdiyi tədbirdə niyə məndən və digər şəxslərdən tələb edirdi ki, hər kəs Ramiz Mehdiyevin ətrafında birləşsin və yeni komandaya qarşı mübarizəyə başlasın!? Təbii ki, həmin vaxt bu adama layiq olduğu cavabı verdik.

Ə.Ələkbərli Ramiz Mehdiyevin ən sadiq nökərlərindən biri idi. Onun bu gün də dövlət televiziyasında milli məsələlərə qarşı aqressiv münasibət bildirərək hər kəsə meydan oxuması bir daha göstərir ki, R.Mehdiyevin sifarişlərini yenidən icra edir.

Mən, verilişdə cənab prezident İlham Əliyevin strateji əhəmiyyət kəsb edən fikirlərini xəritə üzərində şərh edirdim. Qərbi Azərbaycan mövzusuna isə çox hörmətli tarixçilərimiz ətraflı şərh verərək proseslərin tarixi əhəmiyyətini izah etdilər.

İndi sual olunur, Ə.Ələkbərlini prezident İlham Əliyevin söylədiyi fikirlərə verdiyimiz şərhlər niyə əsəbləşdirir? Bu adam kimə xidmət edir, izah etsin görək!

62 yaşlı Ə.Ələkbərli indiyə qədər 5 partiyanı budaq-budaq gəzərək özünün əsl siyasi simasızlığını sübut etmiş adamdır! Onun əvvəlcə Müsavat, AXCP, ADP və AVP-də oynadığı miskin oyunların şahidləri hələ də həyatdadır. Yaxud da 2011-ci ildə “Xural” qəzetinə verdiyi müsahibədə Ümummilli lider Heydər Əliyevi və prezident İlham Əliyevi Qərbi azərbaycanlılara qarşı qərəzdə ittiham edirdi. Kim istəsə, Google-da yazıb həmin müsahibəni oxuya bilər. Bu haqda ətraflı məlumatlarım olacaq.

Ümumiyyətlə, həssas bir məqamda bir olan ölkəmizi bölgələrə bölərək, özünü Qərbi azərbaycanlıların lideri elan edən bu adamın hansı siyasi ambisiyaları var? Bu adama başa salmaq lazımdır ki, İlham Əliyev təkcə Azərbaycanda yaşayanların deyil, bütün dünya azərbaycanlıların lideridir. Ə.Ələkbərli isə bunu qəbul etmək istəmir.

Bir neçə il əvvəl Fəzail Ağamalı ilə Ramiz Mehdiyev arasında savaş başlayan kimi, Ə.Ələkbərli AVP-dən ərizə yazaraq çıxdı. O, R.Mehdiyevin düşmən münasibət bəslədiyi F.Ağamalıya zərbə vurmaq üçün AVP-yə yerləşdirilmişdi.

Görünür, Ə.Ələkbərli ilə bağlı bütün sirrləri açmağın zamanı gəlib çatdı. Əslində isə, gecikmişik! Bu adam Qərbi Azərbaycan İcmasına rəhbər təyin ediləndən sonra açıq şəkildə siyasi iddialar ortaya qoyur. Ətrafındakı adamlar vasitəsilə Qərbi Azərbaycandan olan şəxslərə xəbərlər göndərir ki, məndən icazəsiz heç kəs efirlərə çıxmasın, mətbuata danışmasın, mən nə desəm, onu edin!

Hələlik isə, Ə.Ələkbərli izah etsin görək, qaynatası Abbas Səfərov Qərbi azərbaycanlıların yaratdığı Qaçqınlar Cəmiyyətinin Ayna Sultanovada yerləşən ofisini niyə param-parça edərək satıb? 250 kvadrat metrlik ofisin 200 kvadrat metrini nə qədər pula satıb yeyiblər?

Bu adam desin görək, deputat seçilməmişdən qabaq Qərbi azərbaycanlıların arxivini niyə yandırıb məhv edib? Bu xəyanəti o, kimin sifarişi ilə icra edib?

Ə.Ələkbərli boyundan böyük iddialara girişdiyini qandığına, bəlkə də qanmaz hərəkətlərinə ictimaiyyətin verdiyi sərt reaksiyalara görə, facebookdakı statusunu silib. Onun statusu səhifəsində saxlamağa cəsarəti çatmadı!

Hələlik bu qədər…”

Boyuksherg.az

Bənzər xəbərlər