featured-image-4680
AMİP Etibar Məmmədovun partiyalardan ibarət seçki bloku yaratmaq istəməsi barədə yayılmış məlumatı təkzib edib.
“Boyuksherg” Azpost.info-ya istinadən xəbər verir ki, bu barədə AMİP Siyasi Şurasının üzvü Əli Orucov son günlər yayılmış bu informasiya barədə danışarkən deyib.

 

O, yayılmış məlumatı “uydurulmuş xəbər” adlandırıb və heç bir mənbəyi olmadığını vurğulayıb: “AMİP şayiə xaraketrli belə məlumata hər hansı münasibət bildirmək istəmir. Heç bir əsası olmayan şayiəyə necə mövqe bildirməli? Bu qeyri-ciddi məsələdir. Bekarçılıqdan və süni gündəm yaratmaq həvəsindən irəli gəlir” – deyə Ə.Orucov vurğulayıb.

Qeyd edək ki, bir sıra saytlarda AMİP lideri Etibar Məmmədovun rəhbərliyi altında müxlaifət partiyalarından ibarət seçki koalisiyası yaradılacağı barədə xəbərlər dərc olunub.

 

Mənbə: Azpost.info

 

Bənzər xəbərlər