featured-image-8320

Bu həftə Estoniya parlamentində Rusiyanın terror dövləti kimi tanınması ilə bağlı təcili qərarların qəbulu gözlənilir.

Bu barədə Estoniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Marko Mixelson məlumat verib.

Deputat bildirib ki, bu qərar həm də Rusiyanın Ukrayna şəhərlərinə raket hücumlarına cavab olacaq. O, Zaporojyedə raket partlaması nəticəsində dağılmış yaşayış binasının fotosunu paylaşıb. Mixelson fotoya şərh olaraq qeyd edib ki, o, Rusiya Federasiyasının hərəkətlərinin terror xarakterli olaraq tanınmasına çağırır.

“Estoniya parlamenti sabah Rusiyanı terrorçu adlandıran qətnamə təqdim edəcək. Bizi dəstəkləyin”, – deyə deputat “Twitter” hesabında yazıb.

Bənzər xəbərlər