featured-image-5542

Azərbaycan və Ermənistan dövlət başçıları avqustun 31-də Brüsseldəki növbəti görüşünün diqqət çəkən məqamları olub.

Belə ki, bu görüşdən gözləntilər o qədər də yüksək deyildi. Çünki əvvəlki qarşılaşmalarda ermənilər prosesin sülhlə bitməsində maraqlı deyildilər.

Dördüncü görüşün ən əsas məqamlarından biri sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə əldə olunan razılıq oldu.

Millət vəkili Bəhruz Məhərrəmov görüşlə bağlı fikirlərini Baku TV-yə danışıb.

“Davamlı şəkildə sülh danışıqlarından qəti olaraq yayınan Ermənistan məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh müqaviləsinin mətni üzərində iş aparılması barədə öhtəlik götürdü və təqribən üç ay sonra noyabrda növbəti təmaslarla bağlı razılığa gəlməsi mövcud öhdəliklərə nəzarət baxımından çox ciddi imkanlar vədd edir”, – deyə millət vəkili bildirib.

Qeyd edək ki, görüşdə diqqət çəkən digər məqam isə Şarl Mişelin nitqində Qarabağ ifadəsini işlətməməsi olub.

Bənzər xəbərlər