featured-image-5894

Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Təhlükəsizlik Şurasının üzvlərindən əlavə, respublika prezidenti Vaaqn Xaçaturyan və Milli Assambleyanın sədri Alen Simonyan iştirak edib.

İclasda Azərbaycanla sərhəddəki son vəziyyət müzakirə olunub.

Toplantıda Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin müddəalarının həyata keçirilməsi məqsədilə Rusiya Federasiyasına, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət barədə qərar qəbul edilib.

Mənbə: TASS

Bənzər xəbərlər