featured-image-9005

“Türkiyə – Ermənistan münasibətlərinin normallaşması prosesində müsbət irəliləyiş var”.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “A Haber”ə müsahibəsində bildirib.

O qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesində yeni addımların atılacağına inanır.

“Nikol Paşinyan bütün çətinliklərə, müxalifətin və diasporun təzyiqinə baxmayaraq, bu prosesi yaxşı idarə edir”, – deyə o bildirib.

“Erməni diasporu bu prosesə dəstək olmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq”, – deyə İ.Kalın əlavə edib.

Bənzər xəbərlər