featured-image-8057

Rusiya prezidenti Vladimir Putin cümə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmağı planlaşdırır.

Bunu cümə axşamı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin sabahkı proqramında Ərdoğanla söhbətin olub-olmaması ilə bağlı suala Kreml sözçüsü “Bəli, var” cavabını verib.

Qeyd edək ki, oktyabrın 7-də 70 illik yubileyi günü Rusiya prezidenti Sankt-Peterburqda olacaq və orada MDB ölkələrinin rəhbərləri ilə qeyri-rəsmi görüş keçirəcək.

Mənbə: TASS

Bənzər xəbərlər