featured-image-6640

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə bilər.

ABŞ-ın Nyu-York şəhərinə səfərdən qayıdan Türkiyə Prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Praqada keçiriləcək sammitdə iştirakla bağlı suala cavabında hazırda dəyərləndirmələr apardıqlarını qeyd edib.

“Hazırda Praqada Avropa Siyasi Birliyinin Sammiti keçirilir. Sammitdə iştirak edib-etməməyi dəyərləndiririk. Praqadakı sammitdə iştirak etsək, Paşinyanın oraya gəlmək ehtimalı var. Həmçinin o, sammitdə görüşümüzün baş tutma variantını nəzərdən keçirir deyəsən. Ola bilsin ki, onunla orada bu məsələlərlə bağlı söhbət imkanımız olsun. Amma təbii ki, Qafqazda bu məsələlərlə bağlı bizim də müəyyən addımlarımız olacaq. Hələlik biz yalnız planlaşdırma prosesindəyik. Qardaşımız İlham Əliyevlə bu məsələləri danışacağıq və ona uyğun addımlarımızı atacağıq”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mənbə: ntv.com.tr

Bənzər xəbərlər