featured-image-8143

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyada şam yeməyi zamanı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə mübahisə yaşanması ilə bağlı xəbərə aydınlıq gətirib.

Türkiyə lideri  yunanıstanlı nazirlə belə bir halın yaşandığı barədə iddiaları təsdiqləyib:

“O, protokol qaydalarını bilməyən adamdır. Onun çıxışı proqramda olmayıb. Mən əsas çıxış edənlərdən biri idim, çıxışımı etdim, yerimə keçdim. O da kimdən icazə aldı, bilmirəm, yerindən qalxıb mənə cavab verməyə çalışdı. Ona cavab verməliydim? Məgər Türkiyə Cümhuriyyətinin prezidenti belə səviyyəyə düşər?”

Mənbə: İHA

Bənzər xəbərlər