featured-image-9213

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü İsveçin baş naziri Ulf Kristersson ilə telefon danışığında ikitərəfli münasibətləri və Skandinaviya ölkəsinin NATO-ya daxil olması məsələlərini müzakirə edib.

Bu barədə Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına görə məlumat verib.

“Prezident Ərdoğan yeni baş nazir Kristerssonu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Dövlət başçısı baş nazirin noyabrın 19-da Türkiyəyə səfər etmək arzusundan məmnunluğunu ifadə edib. Prezident İsveç hökuməti ilə münasibətləri hərtərəfli inkişaf etdirməyə çağırıb”, – məlumatda bildirilib.

Mənbə: TASS

Bənzər xəbərlər