featured-image-9605

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Beyt” stadionunda keçirilən futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib.

Dövlət başçısı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, həmçinin digər dövlət və hökumət başçıları ilə birlikdə tədbiri izləyib.

Açılış mərasimindən sonra Qətər – Ekvador matçını izləyən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə bir müddət danışıb.

Açılış mərasimindən əvvəl verilən ziyafətdə Ərdoğanın söhbətləşdiyi liderlər arasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da olub.

Mənbə: TRT

14:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Çempionatının açılışında iştirak edəcək.

Bu məqsədlə dövlət başçısı və xanımı Əminə Ərdoğan Kısıklıdakı prezident iqamətgahından yola düşərək Atatürk Hava Limanına gəliblər.

Ərdoğan cütlüyü vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu və İstanbul valisi Əli Yerlikayanın da olduğu nümayəndə heyəti tərəfindən yola salınıb.

Prezident və xanımı təyyarəyə minərək Qətərə yola düşüblər.

Qeyd edək ki, çempionatın açılış mərasimi Bakı vaxtilə saat 18:30-da başlayacaq.

Mənbə: Haber Global

Bənzər xəbərlər