featured-image-6420

AXCP iqtidarını ABŞ devirdi, amma cəbhəçilər  “yaşasın Amerika” deyir!

 

AXCP iqtidara gəlsə, hansı ölkələrlə tərəfdaş olcaq? Bu suala AXCP-nin parlaq simalarından olan Asif Yusifli öz məqaləsində belə cavab verir: “ABŞ, Böyük Britaniya, Kanada, Avropa Birliyi, Türkiyə və İsrail əsas tərəfdaşlarımız olacaq”. Bu siyahıda Azərbaycana dost olan ölkələr bunlardır: Türkiyə, İsrail, Böyük Britaniya…

ABŞ-ın Azərbaycana münasibətini gördük. Kanadanın Azərbaycana münasibəti də oxşardır. Avropa Birliyi isə mürəkkəb orqanizmdir. Ancaq bu təşkilatın əsas komponenti olan Fransa da bizimlə düşməndir. Yunanıstanı heç demirəm…

Gördüyünz kimi, AXCP-nin Azərbaycanın gələcəyi ilə bağlı düşüncələrində ABŞ birinci yerdə gəlir. Bu həmin ABŞ-dır ki, Əbülfəz Elçibəy prezident olanda Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edib.  Özü də 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qüvvəyə minən “Azadlığa Dəstək” aktı o vaxt qəbul olunub ki, ermənilər Azərbaycan torpaqlarını işğal edə-edə gəlirdilər. Yəni ABŞ Azərbaycan torpaqlarını işğal edən Ermənistana yaşıl işıq yandırıb. Özü də o vaxtı ABŞ-da iqtidarda demokratlar idi. Elə indiki kimi. Beynəlxalq hüquqa görə öz torpağını qorumaq istəyən Azərbaycanı Amerika o vaxt cəzalandırıb. Başqa sözlə desək, o zaman ABŞ təzavüzkarın yanında olub. İndi də yanındadır. Və siz düşünürsünüz ki, AXCP iqtidara gələndə ABŞ “daşı ətəyindən tökəcək” və ermənilərlə bağlı yürütdiyi 170 illik siyasəti dəyişəcək.

Asif bəy çox gəncdir. Yəqin bu olayların mahiyyətinə varmayıb. Ən azı Əli Kərimli bunları bilir. Çünki bu işin içində olub…

Məncə, hörmətli Asif bəy ABŞ demokratlarının Azərbaycan demokratlarına xəyanətini çox tez unudub, üstəlik, ABŞ-ın adını birinci sırada yazıb.

Mənsə sizə əminliklə deyirəm: AXCP iqtidara gəlsə, ermənilərə dəstək verən ABŞ-ın siyasi elitası dönüb “Azərbaycan, Azərbaycan” deməyəcək. Belə xülyalarla xalqı aldatmayın. Amerika öz xalqı üçün demokratikdir. Ancaq hələ də orada irqçilik at oynadır. Qəradərililərin yaşadığı müsibətlər ortadadır. Dünya üçünsə ABŞ “evangelist imperiya”dır. Yəni xristian dəyərlərinə xüsusi önəm verən ölkədir. Yüz AXCP olsa, Amerika evangelist dəyərlərindən imtina etməz.

Ən maraqlısı isə odur ki, Asif Yusifli öz yazısında Türk Dünyası və Türk Birliyi haqqında bircə kəlmə də demir. Və cəbhəçilər deyirlər ki, guya onlar Rəsulzadə-Elçibəy yolunun yolçularıdır.

Rəsulzadə də, Elçibəy də Türk Dünyası deyib, Türk Birliyi deyib. AXCP Müsəlman Birliyi Hərəkatı ilə müttəfiq olduqdan sonra, deyəsən, bir çox cəbhəçi  türk olduğunu belə unudub. Yeri gəlmişkən, tərəfdar olacağınız ölkələr arasında nədənsə İranın adın yazmamısız. Taleh Bağırzadə – yəni iqtidar ortağınız buna razı olarmı?..

Azərbaycanda iqtidara kim gəlirsə gəlsin, Türkiyə və İsrail ilə xüsusi münasibətləri qoruyub saxlamalıdır. Böyük Britaniyadan isə ikiəlli yapışmaq lazımdır. Pakistanla dostluğa xüsusi diqqət ayırmaq gərəkir. Rusiya və İranla bağlı isə, situasiyaya uyğun şəkildə davransaq yaxşıdır. Gedəcəyimiz yolun adı da Türk Birliyidir, TURAN yoludur!

Əbülfəz bəyin günahı nə idi ki, onun yartdığı təşkilat bugünlərə qaldı?

 

Elbəyi Həsənli

 

Bənzər xəbərlər